"Çelsi"nin futbolçusu Türkiyə klubunda

11:33 - 17 Yanvar 2019

"Çelsi" müdafiəçisi Abdul Rəhman Babanı icarəyə verib.

 

Sportal.az "beIN Sports"a istinadən xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək. Qana millisinin üzvü Super Liqa təmsilçisi "Göztəpə" ilə anlaşıb. Baba İzmir klubunda mövsümün sonuna qədər çıxış edəcək.

 

Qeyd edək ki, "Çelsi" qanalı futbolçunu 2015-ci ildə "Auqsburq"dan 20 milyon avroya transfer etmişdi. O, iki il "Şalke"də icarə əsasında çıxış edib.

Xəbər xətti