"Uypeşt"in baş məşqçisi: "Əsl oyunumuzu göstərə bilmədik"

11:53 - 17 Yanvar 2019

"İlk yoxlama görüşümüz oldu. Hər bir futbolçumuza ən az 45 dəqiqə oynamaq şansı verdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Türkiyənin Antalya şəhərində "Qarabağ"a 1:0 hesabı ilə qalib gələn Macarıstanın "Uypeşt" klubunun baş məşqçisi Neboyşa Vinyeviç deyib. 50 yaşlı mütəxəssis matçla bağlı danışıb:

 

"Qələbə qazanmaq müsbət məqamdır, buna görə sevinirəm. Lakin əsl oyunumuzu göstərə bilmədik. Görüləcək çox işlər var".

 

Xəbər xətti