Millinin kapitanı "Mançester Siti"də

12:30 - 17 Yanvar 2019

"Mançester Siti" daha bir istedadlı futbolçunu transfer edib.

 

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, "şəhərlilər" "Hayduk"da çıxış edən Ante Palaversanın transferində anlaşma əldə edib. Xorvatiyanın U-19 millisinin kapitanının keçidi Mançester təmsilçisinə 7 milyon funt-sterlinqə başa gələcək. Gənc futbolçu mövsümün sonuna kimi Split təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçi "Hayduk"un yetirməsidir.

Xəbər xətti