"Ayaks"dan "Sevilya"ya transfer oldu

13:09 - 17 Yanvar 2019

İspaniyanın "Sevilya" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, əndəlüsiyalılar "Ayaks"ın müdafiəçisi Maksimilian Veberi 10,5 milyon avro qarşılığında transfer edib. Avstriya millisinin üzvüylə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Amsterdam klubu 20 yaşlı müdafiəçini 2017-ci ildə "Rapid"dən 7,5 milyon avroya almışdı.

Xəbər xətti