"Qarabağ" legionerini əvəzedici komandaya göndərdi - Antalyadan Bakıya qayıdır

14:27 - 17 Yanvar 2019

"Qarabağ" futbolçusu Con Delarjı əvəzedici komandaya yollayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki konqolu vinqer baş məşqçi Qurban Qurbanovun verdiyi qərara əsasən, məşqlərini əvəzedici heyətdə davam etdirəcək.

 

28 yaşlı futbolçu bu gün Antalyada davam edən təlim-məşq toplanışından Bakıya yola salınıb.

 

Qeyd edək ki, Delarj ötən yay "Bursaspor"dan "Qarabağ"a transfer edilib.

 

Xəbər xətti