Amit Quluzadədən “Atırau” açıqlaması

16:22 - 17 Yanvar 2019

Azərbaycan milisinin sabiq futbolçusu Amit Quluzadə Qazaxıstanın “Atırau” klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi adıçəkilən ölkənin “sports.kz” saytına açıqlamasında belə bir variantın olmadığını deyib:

 

“Məlumat doğru deyil. Fərqli ölkələrdən bir neçə klubla danışıq aparıram. Aralarında Qazaxıstan təmsilçisi yoxdur”.

 

Karyerası ərzində Türkiyə, Yunanıstan, Portuqaliya kimi ölkələrdə legioner həyatı yaşayan 26 yaşlı yarımmüdafiəçi son olaraq Kosovoda “Drita”nın formasını geyinib. O, keçən ilin yayından klubsuzdur.

Xəbər xətti