"Tottenhem"in futbolçusu Çin klubunda

17:22 - 17 Yanvar 2019

“Tottenhem”in yarımmüdafiəçisi Mussa Dembele karyerasını Çində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Super Liqanın "Quançjoy Fuli" klubuna transfer olunub. Belçikalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer Çin klubuna 12 milyon avroya başa gəlib. Dembele illik 10 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, Belçika millisinin üzvü 2012-ci ildə "Fuhem"dən "Tottenhem"ə keçmişdi.

Xəbər xətti