Sabiq "Neftçi"li də Vüqar Nadirovun komandasına üz tutdu

18:49 - 17 Yanvar 2019

Region Liqasında II dövrə hazırlıqlarını davam etdirən "FC Baku" altıncı transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Vüqar Nadirov, Aleksandr Şemonayev, Murad Səttarlı, Tərlan Qasımzadə, Sabir Allahquliyev kimi futbolçuları olan paytaxt klubu bu dəfə Kamil Nurəhmədovu heyətinə cəlb edib.


Kamil "Sumqayıt", "Rəvan" və "Neftçi" kimi klublarda çıxış etməklə yanaşı, U-19 və U-21 millilərinin formasını geyinib. 27 yaşlı yarımmüdafiəçi "Neftçi"nin heyətində Avropa Liqasının qrup mərhələsinin oyunlarında meydana çıxıb.

Xəbər xətti