"Qalatasaray"ın futbolçusu rəsmən Bundesliqa klubunda

18:54 - 17 Yanvar 2019

Almaniyanın "Ştutqart" klubu "Qalatasaray"ın müdafiəçisi Ozan Kabakı transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun transferi Bundesliqa təmsilçisinə 12 milyon avroya başa gəlib. Ozan "Ştutqart" tarixinin ən bahalı transferi olub. Onunla 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, gənc futbolçu "Qalatasaray"ın yetirməsidir.

Xəbər xətti