Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli oldu

19:03 - 17 Yanvar 2019

Stanimir Stoilovla yolları ayıran Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az "idnes.cz" saytına istinadən xəbər verir ki, federasiya millini çexiyalı baş məşqçi Mixal Bilekə həvalə edib.

 

53 yaşlı mütəxəssis Qazaxıstan millisinə gəlmək üçün Çexiyanın "Zlin" klubundan ayrılıb. Onun əvəzinə isə baş məşqçi postuna Roman Pivarnik gətirilib.

 

Qeyd edək ki, Mixel Bilek 2009-2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Çexiya onun rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına qədər yüksəlib. 

Xəbər xətti