"Keşlə"nin Özbəkistan yığması ilə matçının vaxtı dəyişdirildi

23:33 - 17 Yanvar 2019

“Keşlə” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah ilk yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu Özbəkistanın U-23 milli komandası ilə qarşılaşacaq. Qarşılaşmanın saatı dəyişdirilib. Oyun əvvəl açıqlandığı kimi yerli vaxtla saat 17:00-da yox, 18:30-da (Bakı vaxtilə saat 19:30-da) start götürəcək.

 

Qeyd edək ki, matç "Arkadia" otelinin meydançasında baş tutacaq.

Xəbər xətti