"Səbail" - "Sürix" matçının vaxtı açıqlandı

00:35 - 18 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan “Səbail”in növbəti yoxlama matçının vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 19-da İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

 

“Miracle Resort” idman kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək. 

 

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstanın I Divizion klubu “Aqvital”ı 3:2 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti