"Qalatasaray" keçmiş futbolçusunu qaytarır

12:12 - 18 Yanvar 2019

Transfer fəaliyyətini davam etdirən "Qalatasaray" növbəti keçidinə hazırlaşır.

 

Sportal.az Türkiyə mətuatına istinadən xəbər verir ki, "sarı-qırmızılar" Çexiyanın "Sparta" klubunda çıxış edən Semih Kayanı rənglərinə bağlamağa yaxındır. Türkiyə millisinin üzvü danışıqlar üçün İstanbula gələcək. Danışıqlar müsbət tamamlansa, "cim-bom" 27 yaşlı müdafiəçini mövsümün sonuna qədər icarəyə götürəcək.

 

Qeyd edək ki, Semih 2006/2017-ci illərdə "Qalatasaray"da çıxış edib.

Xəbər xətti