UEFA-dan siqnal gəldi: AFFA klublara xəbərdarlıq etdi

13:45 - 18 Yanvar 2019

Son mövsümlər I Divizionda danışılmış oyunlarla bağlı söz-söhbətlər səngimək bilmir. Federasiya I Divizionda yarış limitini dəyişməklə, bunun qarşısını almağa çalışdı. Ancaq görünən budur ki, bazarın qarşısı hələ də alınmayıb.

 

Sportal.az saytının məlumatına görə, aşağı dəstədə II dövrənin startına az qalmış UEFA-dan daxil olmuş məlumatlara əsasən, AFFA I Divizionda çıxış edən klublara xəbərdarlıq edib və komandaları nəzarətə götürüb.

 

UEFA-dan gələn siqnallara görə, federasiya nümayəndələri klub rəhbərləri, baş məşqçilər və futbolçulara görüşür, onları təlimatlandırırlar.

Xəbər xətti