"Barselona" İspaniya kubokundan uzaqlaşdırıla bilər

17:16 - 18 Yanvar 2019

“Barselona” İspaniya kubokundan diskvalifikasiya edilə bilər.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 1/8 finalda “Levante”yə 1:2 hesabı ilə uduzduğu ilk oyununda reqlamenti pozub. Belə ki, sarı vərəqə limitini dolduraraq, cəzalı duruma düşən Xuan Brandaris “Levante”yə qarşı meydana çıxıb. Federasiya araşdırma zamanı bu faktı təsdiq edib. Rəsmi qərarına yaxın günlərdə veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, "Barselona" cavab görüşündə "Levante"ni 3:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

Xəbər xətti