Üç millidə oynamış futbolçu "Keşlə"də

23:23 - 18 Yanvar 2019

Antalyada ikinci yarının hazırlıqlarını davam etdirən "Keşlə" baxışa yeni futbolçu dəvət edib.

 

Söhbət albaniyalı yarımmüdafiəçi Merqim Brahimidən gedir. Bu barədə Sportal.az-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. 

 

26 yaşlı futbolçu bu gün paytaxt klubunun heyətində Özbəkistanın U-23 komandasına qarşı yoldaşlıq matçında meydanda olub. Onunla bağlı qərarı baş məşqçi Tərlan Əhmədov verəcək.

 

Qeyd edək ki, İsveçrənin "Qrashoppers" klubunun yetirməsi olan Brahimi adıçəkilən ölkənin "Arau", "Vohlen" klublarında da çıxış edib. Onun son klubu Yunanıstan "Panionios"u olub. Yarımmüdafiəçi İsveçrənin U-21, Albaniya və Kosovonun əsas yığmalarında çıxış edib. Ancaq Brahimi Kosovonun heyətində rəsmi oyun keçirə bilməyib. Bunun üçün FIFA-nın razılığı lazımdır. Bu səbəbdən də Merqim Albaniya millisinin üzvü sayılır.

Xəbər xətti