"Bayern" "Hoffenhaym"a 3 qolla qalib gəldi VİDEO

01:32 - 19 Yanvar 2019

Almaniya Bundesliqasında mövsümün ikinci yarısına start verilib.

 

Sportal.az xəbər verir ki, "Bayern" 18-ci tur çərçivəsində "Hoffenhaym"ın qonağı olub. Münhen klubu meydan sahiblərini 3:1 hesabı ilə məğlub edib.

 

Bundesliqanın turnir cədvəlinə 42 xalla "Borussiya Dortmund" başçılıq edir. "Bayern" 39 xalla 2-ci, "Borussiya Münhenqladbax" 33 xalla 3-cü, "Leyptsiq" 31 xalla 4-cüdür. 25 xalı olan "Hoffenhaym" 7-ci sırada qərarlaşıb.

 

"Hoffenhaym" 1:3 "Bayern"
Qollar:
Niko Şults, 59 - Leon Qoretska, 34, 45, Robert Levandovski, 87

 

 

 

Xəbər xətti