"Sabah" Macarıstan klubunu məğlub etdi

17:50 - 19 Yanvar 2019

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün üçüncü yoxlama oyununu keçirib.
 

Sportal.az xəbər verir ki, paytaxt klubu Macarıstanın yüksək liqasında çıxış edən MTK Budapeşt klubu ilə üz-üzə gəlib. Oyun "Sabah"ın 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

 

Qeyd edək ki, ilk oyununda Türkiyə “Əskişəhərspor”una 1:0 hesabı ilə qalib gələn Premyer Liqamızın debütantı ikinci matçında Qazaxıstan “Tobol”u ilə heç-heçə edib – 2:2.

 

19 yanvar

Yoxlama oyunu

 

16:00. “Sabah” (Azərbaycan) – MTK (Macarıstan) - 3:1

Qollar: Vadim Abdullayev, 25, Marko Deviç, 30, Cavid İmamverdiyev, 90

 

"Sabah"ın start heyəti: 30. Saşa Stamenkoviç, 21. Novruz Məmmədov, 33. Eltun Turabov, 13. Filip İvanoviç, 25. Vanderson Silva, 4. Tərzin Cahangirov, 6. Vadim Abdullayev, 22. Miloş Bosançiç, 27. Bəxtiyar Soltanov, 8. Elşən Abdullayev, 9. Marko Deviç.

 

Xəbər xətti