"Qarabağ" qələbə qazandı

20:08 - 19 Yanvar 2019

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qarabağ” bu gün ikinci yoxlama matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası Çexiyanın yüksək liqa təmsilçiisi “Bohemians” klubu ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, ilk sınaq oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi yanvarın  23-ü Polşanın "Piast", 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klubları ilə üz-üzə gələcək.

 

19 yanvar

Yoxlama oyunu

 

18:00. “Qarabağ” (Azərbaycan) – “Bohemians” (Çexiya) - 3:1

Qollar: Filip Ozobiç, 36, Donald Gerye, 62, Slavçev, 90

Antalya. “Gloria Sport Arena”

 

"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Miçel, 10.Dani Kintana,  11. Mahir Mədətov,  14. Rəşad Sadıqov (k),  17. Abdullah Zubir, 19.Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.

Xəbər xətti