Millimiz "Keşlə"ni məğlub etdi

21:33 - 19 Yanvar 2019

Bakıda təlim-məşq toplanışında olan 2001/2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması son yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi komanda “Keşlə-2” ilə qarşılaşıb. Oyun yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Rəqib qapısından hər iki topu Məhəmməd Məhərrəmov keçirib.

Xəbər xətti