"Qəbələ" - "Yenisey" matçının vaxtı açıqlandı

23:40 - 19 Yanvar 2019

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Rusiyanın “Yenisey” klubu ilə qarşılaşacaq. Matç “Cornelia Diamond” otelinin meydançasında baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da veriləcək.

 

Rusiya Premyer Liqasında çıxış edən “Yenisey”in əsası 1937-ci ildə qoyulub. Krasnoyarsk şəhərini təmsil edən klub ötən mövsüm aşağı liqada 3-cü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb. Cari mövsümün 17 oyununda 10 xal toplayan “Yenisey” qış fasiləsinə 16-cı pillədə yollanıb.

 

Xatırladaq ki, bu matç “Qəbələ”nin Antalyada ikinci sınağı olacaq. Komandamız ilk oyununda Almaniyanın “Meppen” klubu ilə görüşüb. Qarşılaşma “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Yoxlama oyunu

20 yanvar

 

18:00. “Qəbələ” – “Yenisey” (Rusiya)

“Cornelia Diamond” otelinin meydançası

Xəbər xətti