PSJ doqquz qolla qalib gəldi VİDEO

00:05 - 20 Yanvar 2019

Fransa I Liqasında 21-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, lider PSJ evdə "Qenqam"ı 9:0 hesabı ilə məğlub edib.

 

Liqa 1-də 19 oyuna 53 xal toplayan PSJ liderdi. "Lill" 40 xalla 2-ci, "Sent-Etyen" 36 xalla 3-cü, "Lion" 34 xalla 4-cüdür. 14 xalı olan "Qenqam" sonuncu - 20-ci yerdə qərarlaşıb.

 

PSJ - "Qenqam" - 9:0
Qollar:
Neymar, 11, 68, Kilian Mbappe, 47, 45, 80, Edinson Kavani, 59, 66, 75, Toms Mönye, 83

 

 

 

Xəbər xətti