"Sabah"ın qələbəsi VİDEO

02:02 - 20 Yanvar 2019

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” üçüncü yoxlama oyununu keçirib.
 

Sportal.az xəbər verir ki, paytaxt klubu Macarıstanın yüksək liqasında çıxış edən MTK Budapeşt klubu ilə üz-üzə gəlib. Oyun "Sabah"ın 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

 

Qeyd edək ki, ilk oyununda Türkiyə “Əskişəhərspor”una 1:0 hesabı ilə qalib gələn Premyer Liqanın debütantı ikinci matçında Qazaxıstan “Tobol”u ilə heç-heçə edib – 2:2.


“Sabah” (Azərbaycan) – MTK (Macarıstan) - 3:1

Qollar: Vadim Abdullayev, 25, Marko Deviç, 30, Cavid İmamverdiyev, 90

 

Xəbər xətti