"Qəbələ" "Yenisey"lə heç-heçə etdi

19:53 - 20 Yanvar 2019

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Rusiya Premyer Liqa təmsilçisi "Yenisey" klubu ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Xatırladaq ki, “Qəbələ” bundan əvvəl Almaniyanın “Meppen” klubuna 1:2 hesablı məğlub olub.


Yoxlama oyunu

20 yanvar

 

18:00. "Qəbələ" - "Yenisey" - 2:2

Qollar: Rauf Əliyev, 53, Sabin Lilay, 71

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 23. Amin Seydiyev, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 14. Cavid Hüseynov, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 10. Rauf Əliyev, 99.Davit Valkovi.

Xəbər xətti