"Çelsi" Keyhilli icarəyə verdi

14:25 - 20 Yanvar 2019

"Çelsi" Mauritsio Sarrinin gəlişindən sonra əsas heyətə düşə bilməyən Qari Keyhilli icarəyə verib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Premyer Liqanın digər təmsilçisi "Fulhem"ə keçib. Keyhill Londonun digər komandasında mövsümün sonuna qədər çıxış edəcək.

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 2012-ci ildə 7 milyon funt-sterlinq qarşılığında "Bolton"dan "Çelsi"yə keçmişdi.

Xəbər xətti