Yunanıstan millisinin üzvü "Neftçi"də

18:36 - 20 Yanvar 2019

Transfer çalışmalarını davam etdirən "Neftçi" yeni futbolçu ilə anlaşıb.

 

Sportal.az "gentikoule.gr" saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Yunanıstan Super Liqasında çıxış edən OFI klubundan Vanqelis Platellasın transferində son mərhələyə gəlib. 30 yaşlı vinqer üçün "Neftçi"nin göndərdiyi təklif Yunanıstan klubu tərəfindən qəbul edilib. Platellas tibbi müayinədən keçmək üçün bakılıların Antalyadakı toplanışına gələcək.

 

Qeyd edək ki, AEK, "Atromitos", "Aris" kimi klublarda çıxış edən futbolçu ötən ildən OFI-də oynayırdı. Platellas 2015-ci ildən Yunanıstan millisinə ara-sıra dəvət alır. Lakin o, yığmada debüt şansı qazanmayıb.

Xəbər xətti