"Neftçi"nin yeni transferinin DETALLARI

22:38 - 20 Yanvar 2019

Transfer çalışmalarını davam etdirən "Neftçi" Yunanıstan Super Liqasında çıxış edən OFI klubundan Vanqelis Platellası rənglərinə bağlayıb.

 

Sportal.az "sport24.gr" saytına istinadən xəbər verir ki, "ağ-qaralar" 30 yaşlı vinqer üçün qarşı tərəfə 50 min avro təzminat ödəyib. Yunan futbolçunun illik məvacibi 300 min avro olacaq. O, paytaxt klubu ilə 1,5 illik sözləşmə imzalayıb. Futbolçu sabah "Neftçi"nin Antalya toplanışına qatılacaq.

 

Qeyd edək ki, AEK, "Atromitos", "Aris" kimi klublarda çıxış edən futbolçu ötən ildən OFI-də oynayırdı. Platellas 2015-ci ildən Yunanıstan millisinə ara-sıra dəvət alır. Lakin o, yığmada debüt şansı qazanmayıb.

Xəbər xətti