Dmitri Nazarov "Aue"ni Qazaxıstan klubuna dəyişir?

23:08 - 20 Yanvar 2019

Almaniya II Budensliqa təmsilçisi "Aue"də çıxış edən milli komandamızın üzvü Dmitri Nazarov klubunu dəyişə bilər. 

 

Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, 28 yaşlı ön xətt oyunçusunun doğulduğu ölkə - Qazaxıstanda oynamaq şansı yaranıb. Onun xidmətində Premyer Liqa təmsilçisi "Kayrat" klubu maraqlıdır.

 

Tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, yarımmüdafiəçi yaxın günlərdə "Kayrat"ın düşərgəsinə qoşula bilər. Futbolçu özü də Qazaxıstan çempionatında oynamaqda maraqlıdır.

 

Qeyd edək ki, 2014-cü ildən millimizin formasını geyinən Nazarovun "Aue" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. "Kayzerslautern" yetirməsi olan Dima "Ayntraxt", "Proyssen" və "Karlsrue" klublarında da çıxış edib.

Xəbər xətti