Halldorssonun danışıqlar apardığı klub bəlli oldu

03:03 - 21 Yanvar 2019

"Qarabağ"dan ayrılmaq fikrində olduğunu bir müddət öncə açıqlayan islandiyalı qapıçı Hannes Halldorson ölkəsinə geri dönə bilər.

 

Sportal.az "frettabladid.is" saytına istinadən xəbər verir ki, 34 yaşlı əlcək sahibi İslandiya çempionu "Valyur"la danışıqlar aparıb. Məlumata görə tərəflər anlaşıb.

 

Halldorssonun agenti Olafur Qarrdarsson qolkiperin "Valyur"la danışıqlar aparıdğını təsdiq etsə də, rəsmi anlaşmanın olmadığını vurğulayıb: "Hannes  "Valyur"la danışıqlar aparır. Önümüzdəki günlərdə və ya aylarda o, klubunu dəyişə bilər. İsveç, Norveç və digər ölkələrdən təkliflər var, ancaq onun "Qarabağ"la 18 ay müqaviləsi qalıb. Onu transfer etmək üçün çox iş görmək lazımdır. "Reykyavik"lə "Valyur" Halldorssonu transfer etmək istəyən klublardır. Ancaq yenə deyirəm, rəsmi məsələ yoxdur".

 

Qeyd edək ki, Ağdam klubu Halldorssonu ötən yay Danimarkanın "Randers" klubundan transfer edib.

Xəbər xətti