"Barselona" növbəti transferini reallaşdırıb.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, kataloniyalılar "Sassuolo"da çıxış edən Kevin-Prins Boatenqi rənglərinə bağlayıb. 31 yaşlı hücumameyilli yarımmüdafiəçi yeni klubunda altı ay icarə əsasında çıxış edəcək. Bu keçid üçün "Barselona" 2 milyon avro ödəyib. Katalonlar mövsümün sonunda 8 milyon avro ödəyərək, qanalı futbolçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Boatenq "Herta", "Tottenhem", "Borussiya" (Dortmund), "Portsmut", "Milan", "Şalke", "Las Palmas" və "Ayntraxt" (Frankfurt) kimi klublarda çıxış edib.