Lempard sabiq komanda yoldaşını transfer etdi

19:15 - 21 Yanvar 2019

ABŞ-ın "Los-Anceles Qalaksi" klubundan ayrılan Eşli Koulun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı sol cinah müdafiəçisi karyerasını İngiltərə Çempionşip təmsilçisi "Derbi"də davam etdirəcək. Koul millidə və "Çelsi"dəki sabiq komanda yoldaşı Frenk Lempardın təklifini qəbul edib.

 

Qeyd edək ki, "Arsenal", "Kristal Pelas", "Çelsi", "Roma" kimi klublarda oynayan təcrübəli futbolçu 2016-cı ildən "Los-Anceles Qalaksi"də çıxış edirdi.

Xəbər xətti