"Barselona"da ciddi itki

23:40 - 21 Yanvar 2019

“Barselona” ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın əsas üzvü Usman Dembele sıradan çıxıb. La Liqanın 20-ci turunda “Leqanes"lə matçda zədələnən fransız vinger iki həftə yaşıl meydanlardan kənar qalacaq.

 

Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsüm 27 oyuna 13 qol vurub, 5 assist edib.

Xəbər xətti