Ayaz Quliyev "Spartak"da debüt etdi

00:11 - 22 Yanvar 2019

"Spartak"a qayıdan Ayaz Quliyev Moskva təmsilçisində ilk oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Match Premier Cup" turniri çərçivəsində sabiq klubu "Rostov"a qarşı oynayıb. 22 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 45-ci dəqiqədə əvəz olunub.

 

Matç isə "Spartak"ın 2:1 hesablı qələbəsiylə yekublaşıb.

 

Görüşdən sonra azərbaycanlı futbolçu "Match TV"nin müxbirinə açıqlama verib: "Rostov"da boşluğumun hiss edildiyini görmədim. Oyunda tez-tez dəyişikliklər oldu. "Rostov" hələ də eyni komandadır, orada gedişimdən sonra dəyişiklik olduğunu düşünmürəm. Karpinlə oyundan öncə dialoqum olmayıb. Danışığımız baş tutmayıb. Bəli məşqdə futbolçular mənə bəzən "Həbib Nurməhəmmədov" deyirlər. Bəli, bəzən belə olur (gülür)".

 

Qeyd edək ki, "Spartak" Ayazı qış fasiləsində "Rostov"dan 1 milyon avroya transfer edib.

Xəbər xətti