İnqilab Məmmədov evinin yağmalanmasından danışdı: "Quldurların üzə çıxmasını istəyirəm"

11:09 - 22 Yanvar 2019

Azərbaycanlı hakim İnqilab Məmmədov ötən ilin sonlarında soyğunçuların qurbanı olmuşdu. Referinin xəstəlikdən əziyyət çəkən 2 yaşlı övladı üçün topladığı pulları evindən qarətçilər aparmışdılar. Dələduzlar evə mətbəxdən soxularaq, 9500 dollar və 6500 manatı oğurlayıblar.

 

Hadisədən artıq bir aydan çox vaxt keçib. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün ədalət sahibi ilə əlaqə saxladıq. Sportal.az-a açıqlama verən Məmmədov quldurların tapılmadığını açıqlayıb:

 

"Polislər hazırda araşdırmanı davam etdirir. Ailə problemlərimə görə Azərbaycandan Türkiyəyə gəlmişəm. Polislər hələ də xuliqanları tapmayıb. İstəyirəm ki, evimi talayan adamlar üzə çıxsın. Bakıya qayıtdıqdan sonra evimin yağmalanması barədə polislə yenidən danışacam. Məsələnin nə yerdə olduğunu öyrənməyə çalışacam. Quldurların üzə çıxmasını, izlərinin tapılmasını istəyirəm".

 

İnqilab Məmmədovun qızı Nərgiz Məmmədova əzələ əriməsindən əziyyət çəkir. Mülaicəsi xaricdə olan xəstəlik üçün yardımsevər insanlar da referiyə kömək olmuşdu. Naməlum şəxslər evi talayan zaman qızıl-zinət əşyalarını aparmayıblar. Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Xəbər xətti