"Borussiya"nın ikinci komandasından Premyer Liqa klubunun baş məşqçi postuna keçdi

12:49 - 22 Yanvar 2019

İngiltərənin “Haddersfild” klubunun yeni baş məşqçisi müəyyənləşib.


Sportal.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi baş məşqçi postuna Yan Ziverti gətirib. 36 yaşlı mütəxəssislə 2021-ci ilin yayına kimi müqavilə bağlanıb. O, bu postda amerikalı David Vaqenri əvəz edib.

 

Almaniyalı mütəxəssisin son iş yeri Dortmund “Borussiya”sının ikinci komandası olub.

Xəbər xətti