"Traktor Sazi"nin sabiq futbolçusu "Sumqayıt"da

16:03 - 22 Yanvar 2019

"Sumqayıt" növbəti transferini reallaşdıra bilər. 

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi İranın "Traktor Sazi" klubunun yetirməsi Keşvarsı sınaqdan keçirəcək. O, "Sumqayıt"ın "Vardar"la yoxlama matçının iştirak ərizəsinə daxil edilib.

 

Keşvarsı 2010-14-cü illərdə Təbriz klubunda çıxış etdikdən sonra Əhvazın "İstiqlal" klubuna keçib. 22 yaşlı stopper "Maşın Sazi"də də çıxış edib. Peyman son olaraq, Omanın "Yasan Əl Vaste" klubunda top qovub.

 

Azərbaycanlı futbolçunun performansı məşqçilər korpusunu razı salsa, müqavilə imzalanacaq.

Xəbər xətti