Yoxa çıxan futbolçunun valideynləri danışdı: "İnana bilmirəm, çox ümidsizəm"

16:51 - 22 Yanvar 2019

Fransanın "Nant" klubundan İngiltərənin "Kardiff Siti" klubuna transfer olan Emiliano Salanı Britaniya aparan təyyarənin La Manş boğazında yoxa çıxması futbol dünyasını sarsıtdı.

 

Sportal.az "mirror"a istinadən xəbər verir ki, qeyb olan təyyarədən 20 saatdan çoxdur ki xəbər yoxdur. Artıq futbolçuların valideynlərinə bu barədə məlumat verilib.

 

Argentinalı futbolçuların valdeynləri ölkənin "Kanal 5" televiziyasına açıqlama veriblər. Hücumçunun atası Horasio Sala ümidsiz olduğunu dilə gətirib: "Xəbəri mənə dostum dedi. Nə olacağını bilmirəm. Ailənin digər üzvləri bilmirdi, artıq onları da məlumatlandırdım. İnana bilmirəm, çox ümidsizəm. Ancaq inanıram ki, yaxşılığa dorğu dəyişəcək. "Nant"dan bizimlə əlaqə quran olmayıb. Bildiyim qədər kiçik təyyarə ilə Britaniyaya gedib. Mənim oğluma nəsə olsa, necə yaşayacam? O, həmişə xəyalları üçün çalışan təvazökar oğlan olub".

 

Futbolçunun anası Mersedes Sala da fikirlərini bölüşüb: "Təyyarəni "Kardiff Siti"nin prezidenti göndərib. Bunu klub rəhbərliyi özü məlumat verib. Təyyarənin bir anda gözdən itdiyini və axtarışlar apardıqlarını söylədilər".

 

"Nant" klubu bu günə olan məşqlərini təxirə salıb. Futbolçulara isə Salanın itkin düşməsiylə bağlı açıqlama vermək qadağan edilib. Bundan əlavə, klubun Fransa kubokunun 1/16 final mərhələsində "Sannua"ya qarşı oyunu ləğv edilib.

 

Axtarışlar cavabdeh olan Con Fitsqerald Salanın sağ qurtulacağına ehtimal etmədiklərini diqqətə çatıdırıb: "Bu qəzadan birinin sağ qurtulacağını ehtimal etmirik. Təyyarənin birdən-birə necə şəkildə yoxa çıxdığına açıqlama verə bilmirik. Bir nöqtədən sonra qüllə ilə əlaqə kəsilib".

 

Salanın da içində olduğu "The Piper Malibu" adlı özəl təyyarənin axtarışları Manş və Alderney adalarında edilir. Axtarış üçün 2 helikopter, 2 təyyarə və gəmilər göndərilib. Son məlumata görə, təyyarənin izinə düşülüb. Lakin onların sağ qalmaq ehtimalı olduqca aşağıdır.

Xəbər xətti