Vüqar Məmməd: "Taktiki planda oyunumuzu düzəltməliyik"

17:50 - 22 Yanvar 2019

“Plan üzrə oyun dünən keçirilməli idi, ancaq əlverişsiz hava şəraiti ilə əlaqədar "Krasnodar-3" komandası ilə bu gün qarşılaşdıq. Görüş üstünlüyümüz şəraitində keçsə də, düşünürəm ki, taktiki planda oyunumuzu tədricən düzəltməliyik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd deyib. Gənc mütəxəssis bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində “Krasnodar-3” komandası ilə yoxlama matçı (1:1) haqda danışıb: “Yoxlama oyunları olsa da, bizim üçün vacibdir və bütün görüşlərə ciddi şəkildə hazırlaşmalıyıq. Məqsəd yaxşı oyun göstərmək, çatışmazlıqları aradan qaldırmaqdır. Komandaya yeni futbolçular dəvət olunub. Planımda qarşıdakı oyunlar zamanı heyətin bütün üzvlərinə özlərini göstərmələri üçün şans vermək var”. 

Xəbər xətti