Ayxan Abbasov: "Oyunundan razı qaldıq"

19:28 - 22 Yanvar 2019

“Bilirsiniz ki, hazırlıqlar ağır, komanda isə yorğun olur. Bugünkü oyunda futbolçularımızın istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi. Qələbə qazandıq və komandamızın oyunundan razı qaldıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədə təlim-məşq toplanış çərçivəsində "Vardar"a (Makedoniya) 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib. Gənc mütəxəssis hazırlıq çərçivəsində bütün futbolçulara şans verməyə çalışdıqlarını deyib:

 

"Çalışırıq ki, yoxlama oyunlarında bütün oyunçularımıza şans verək. Çünki, toplanışdan sonra çempionata tam hazır şəkildə başlamalıyıq”.

Xəbər xətti