Emiliano Salanın son səsyazıları ortaya çıxdı: "Ata, çox qorxuram!"

12:36 - 23 Yanvar 2019

Fransanın "Nant" klubundan İngiltərənin "Kardiff Siti" klubuna transfer olan Emiliano Salanı Britaniya aparan təyyarənin ötən gün La Manş boğazında yoxa çıxması futbol dünyasını sarsıtdı. Gün geçsə də, pilot və futbolçudan xəbər yoxdur.

 

Sportal.az Argentinanın "Ole" qəzetinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Uelsə yola düşməmişdən öncə özəl təyyarəyə dörd dəfə baş çəkib. Qəzetin məlumatına görə, argentinalı hücumçu "Whatsapp"da dostları ilə danışan zaman təyyarənin yaxşı vəziyyətdə olmadığını deyib:

 

"Salam kiçik qardaşlar. Necəsiz, dəlilər? Qardaşım, çox yorğunam. Nantda bəzi işlərimi həll etdim.

 

Dostlar, mən buradan ayrılmaq üçün yola çıxıram. Kardiffə gedirəm, çox məzəlidir, sabah yeni komandada məşqlərə başlayacam".

 

 

Sala bir müddət sonra növbəti mesaj yollayıb: "Əgər bir saat yarıma xəbər çıxmasa, məni axtarmaq üçün adamlar göndərib-göndərməyəcəklərini bilmirəm. Təyyarə elə bil dağılacaq, səs-küylüdür. Ata, mən çox qorxuram!"

 

Futbolçunun atası da mesajın gəldiyini təsdiqləyib.

 

 

Argentinalı futbolçu "Nant"dakı komanda yoldaşı Nikolas Palloisə də Böyük Britaniyaya qayıdışı zamanı təhlükəsizlikdən qorxduğu barədə mesaj göndərib. O, təyyarədə qəribə səs-küylərin olduğunu bildirib.

 

Sala "Kardiff Siti" ilə rəsmi müqavilə bağladıqdan sonra yenidən Fransaya qayıtmaq istədiyini klub rəhbərliyinə söyləyib. O, bəzi əşyalarını toplamaq istədiyi üçün belə addım atıb. 28 yaşlı hücumçu həm də komanda yoldaşları ilə vidalaşmaq istəyirdi.

 

 

Daha sonra Uelsə qayıdan təyyarədən La Manş boğazında əlaqə kəsilib. Ötən gün xilasedicilər suyun üzərində parçalar görsələr də, günəş batdığı üçün axtarışlar dayanıb. Cavabdeh şəxs olan Con Fitsqerald pilotla futbolçunun sağ qalacağını ehtimal etmədiyini söyləyib: "Onlardan heç bir əlamət tapa bilmirik. Əgər suya düşüblərsə, təəssüflər olsun ki, sağ qalmaq şansları yoxdur".

 

Map showing location of Alderney and lighthouse

 

Salanı aparıb-gətirmək üçün ayrılan özəl təyyarə Amerika istehsalıdır. "Piper-P46 Malibu" yaxşı təhlükəsizlik qeydlərinə malik olsa da, əlverişsiz havada qəzalar olur.

 

"Kardiff Siti" argentinalı hücumçunu 22,5 milyon avro qarşılığında "Nant"dan transfer edib. 28 yaşlı forvard "Nant"da 117 oyuna 42 qol vurub.

 

Ötən gün Nantda və Kardiffdə minlərlə azarkeşlər toplaşaraq, futbolçunun sağ qalması üçün dualar ediblər. Bir çox klublar və ulduz futbolçular Salanın həyatı üçün sosial şəbəkələrdə paylaşım ediblər.

 

Image may contain: 2 people

Image may contain: 1 person, shoesImage may contain: one or more people and flower

Xəbər xətti