"Qarabağ" heç-heçə etdi

19:50 - 23 Yanvar 2019

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün üçüncü yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Polşanın yüksək liqasında mübarizə aparan "Pyast" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Qarabağ"ın heyətində Araz Abdullayev fərqlənib.

 

Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlmişdi - 3:1.

 

Yoxlama oyunu

23 yanvar

 

18:00. "Qarabağ" (Azərbaycan) – "Pyast" (Polşa) - 1:1

 

"Qarabağ": 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 88. Rafael Məhərrəmli, 20. Riçard Almeyda, 9. Araz Abdullayev, 7. İnnosent Emeqara.

Xəbər xətti