Bolta yiyə duran olmadı, futboldan getdi

14:48 - 23 Yanvar 2019

Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu olan əfsanəvi yamaykalı sprinter Useyn Bolt futboldan gedib.

 

Sportal.az xəbər verir ki, idmançı son olaraq, Avstraliyanın "Sentral Kost Mariners" klubunun düşərgəsində olub və qollar vurub. Lakin tərəflər müqavilədə razılaşmamışdılar.

 

Qeyd edək ki, 32 yaşlı idmançı Maltanın "Valetta" klubunda çox aşağı maaşa oynamağa razılıq verməmişdi. Bu səbəbdən də sprinter futboldan gedib.

Xəbər xətti