"Neftçi" yunan futbolçunu təqdim etdi

15:19 - 23 Yanvar 2019

"Neftçi" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, yunanıstanlı futbolçu Vanqelis Platellas ilə 1,5 illik müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, sonuncu klubu OFİ (2018) olan Platellas Yunanıstanın “Kaliteya” (2005-2011), “Ksanti” (2011-2013), AEK (2013-2016), “Atromitos” (2016-2017), “Aris” (2017-2018) komandalarında da çıxış edib.

Xəbər xətti