Hazard "Real"la anlaşdı - Transferin detalları

15:32 - 23 Yanvar 2019

"Real" uzun müddətdir ki, transfer etmək istədiyi Eden Hazarda qovuşacaq.

 

Sportal.az "El Chiringuito"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi yayda Madrid klubuna keçəcək. Artıq klubla oyunçu müqavilənin detallarında razılaşıblar. 28 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanacaq. Hazardın illik məvacibi 13 milyon avro olacaq. "Kral klubu" La Liqa və Çempionlar Liqasını qazansa ulduz futbolçu 2,5 milyon avro bonus alacaq. Hazard "qızıl top" mükafatına yiyələnsə, maaşına 1 milyon avro da bonus gələcək. Eden yayda La Liqaya yollanacaq.

 

Qeyd edək ki, Eden Hazard 2012-ci ildən "Çelsi"də çıxış edir.

Xəbər xətti