"Neftçi"dən ayrılan futbolçu Vüqar Nadirovun komandasına üz tutdu

15:45 - 23 Yanvar 2019

Region Liqasında II dövrə hazırlıqlarını davam etdirən "FC Baku" növbəti - yeddinci transferini həyata keçirib.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Vüqar Nadirov, Aleksandr Şemonayev, Murad Səttarlı, Tərlan Qasımzadə, Sabir Allahquliyev kimi futbolçuları olan paytaxt təmsilçisi Fərid Abbaslını rənglərinə bağlayıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

"İnter"in yetirməsi olan Fərid Abbaslının son klubu "Neftçi" olub. "İnter"in heyətində Premyer Liqa həyəcanı yaşamış 21 yaşlı müdafiəçi MOİK, "Binə" və AZAL kimi komandaların da şərəfini qoruyub. Gənc müdafiəçi "İnter"in heyətində əvəzedicilər çempionatının qalibi və Premyer Liqanın gümüş medallarının sahibi olub.

Xəbər xətti