"Qarabağ" 2018-ci ilin ən yaxşı klubları arasında

16:43 - 23 Yanvar 2019

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası dünyanın ən yaxşı klublarının siyahısı açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 2018-ci ilin yekunlarına dair tərtib olunan cədvəldə planetin ən yaxşı 404 klubu yer alıb. Siyahıda Azərbaycan klublarından yalnız “Qarabağ”ın adı var. Ağdam klubu 112 xalla 137-ci yerdə qərarlaşıb. 2017-ci ilin yekununa dair siyahıda 94-cü olan “Qarabağ” 43 pillə geriləyib.

 

Qeyd edək ki, siyahıya 289 xalla “Atletiko” (Madrid) başçılıq edir. "Real" (284) 2-ci, "Zalsburq" (278) 3-cü, "Barselona" (273) 4-cüdür.

Xəbər xətti