Roberto Bordin: "Çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var"

23:23 - 23 Yanvar 2019

“Neftçi”nin baş məşqçisi Roberto Bordin “Slovan”la yoxlama görüşündən sonra fikirlərini açıqlayıb.


Sportal.az xəbər verir ki, klubun saytına danışan italiyalı mütəxəssis sınaq oyunlarında komandanın meydandakı hərəkətini, futbolçuların qarşılıqlı anlaşmasını, xətlər və mövqelərarası anlaşmanı görməyin vacib olduğunu bildirib:

 

“Əlbəttə, nəticə həmişə önəmlidir. Amma belə oyunlarda komandanın meydandakı hərəkətini, futbolçuların qarşılıqlı anlaşmasını, xətlər və mövqelərarası anlaşmanı görmək daha vacibdir. Yeni futbolçularımızı da izləmək xoş idi. Məsələn, düşərgəyə yeni qoşulmuş Vanqelis Platellas oyuna hücumameylli yarımmüdafiəçi kimi başlasa da, sonradan sağ cinaha çəkildi. Çatışmazlıqları aradan qaldırmaq üçün vaxtımız var. Bunun üzərində işləyəcəyik”.

Xəbər xətti