Fernandaonun yeni klubu bəlli oldu

23:41 - 23 Yanvar 2019

2015-2018-ci illərdə "Fənərbağça"da çıxış edən Fernandaonun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Vəhda" klubunda çıxış edən 31 yaşlı hücumçu Braziliyaya dönüb. O, sabiq klubu "Baiya" ilə 1,5 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Fernandao 2013-cü ildə "Baiya"da çıxış edib və 35 oyuna 14 qol vurub. O, 2015-ci ildə "Fənərbağça"ya "Bursaspor"dan keçmişdi.

Xəbər xətti