Qonsalo İquain rəsmən "Çelsi"də

00:50 - 24 Yanvar 2019

"Çelsi" yeni transferini rəsmən açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən istinadən xəbər verir ki, London klubu "Yuventus"dan Qonsalo İquaini icarəyə götürüb. Argentina millisinin üzvü mövsümün sonuna kimi "mavilər"də çıxış edəcək.

 

Qeyd edək ki, 31 yaşlı hücumçu 2016-cı ildə 90 milyon avro qarşılığında "Napoli"dən "Yuventus"a keçmişdi. Turin klubu İquaini ötən yay satın alma şərtiylə "Milan"a icarəyə vermişdi.

Xəbər xətti