"Arsenal" qapıçısını icarəyə verdi

01:07 - 24 Yanvar 2019

"Arsenal" qapıçısı Emiliano Martinesi icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, argentinalı qolkiper karyerasını İngiltərə Çempionşipində davam etdirəcək. 26 yaşlı əlcək sahibi mövsümün sonuna qədər "Ridinq"də çıxış edəcək.

 

Qeyd edək ki, "İndependiente"nin yetirməsi 2010-cu ildən "Arsenal"dadır. Martines 6-cı klubda icarə əsasında oynayacaq.

Xəbər xətti